Şriftin ölçüsü :

Saytın rəngi :

Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı

06 oktyabr 2023 | 16:23

Oktyabrın 08-i gündüzdən 09-u gündüzədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 09-u gündüzdən 10-u səhərədək isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, ayrı-ayrı yerlərdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.

Oktyabrın 09-u axşam şimal və qərb rayonlarından başlayaraq 10-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Qarabağ və Şərqi Zəngəzur, Mərkəzi Aran, Dağlıq-Şirvan, Naxçıvan MR-da, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə 5-10°C aşağı enəcək.

Keçidlər