Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı
10 sentyabr 2025 | 08:58
Sentyabrın 10-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq həftə sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10° aşağı enəcək.















