Hidrometeoroloji Proqnozlar Bürosunun xəbərdarlığı
02 iyun 2025 | 09:07
İyunun 2-si axşam şimal və qərb rayonlarından başlayaraq 5-dək hava şəraitinin fasilələrlə yağıntılı keçəcəyi, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.
Qərb küləyi iyunun 2-3-də arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.
Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur