Şriftin ölçüsü :

Saytın rəngi :

Elanlar

ELAN


Naftalan Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərəcək İctimai Şuraya seçkilər 09 iyun 2022-ci il tarixində saat 11:00-da Naftalan Şəhər İcra Hakimiyyətinin inzibati binasında keçiriləcəkdir.
Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərdə iştirak edəcək namizədliyi qeydə alınmış şəxslər seçki gününə bir gün qalanadək, seçkiqabağı təşviqat məqsədi ilə təşviqat materialları yaya bilərlər.

 

 

Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya seçkilərdə iştirak edəcək namizədliyi qeydə alınmış şəxslərin
Siyahısı

1) Bədəlov Möhübbət Havil oğlu             

2) Qocayev Samir Hatəm oğlu              

3) Bayramov  Ramil Məmməd oğlu                                                                 

4) Sadıqov  Sənan  Nazim oğlu           

5) Zöhrabova Tünzalə Rasim qızı     

6)  Baxşəliyev Əfqan Əjdər oğlu            

7) Nağıyev Rahib Mirqalib oğlu

 

 

ELAN
    Naftalan Şəhər İcra Hakimiyyətinin (bundan sonra İcra Hakimiyyəti) fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə İcra Hakimiyyəti yanında fəaliyyət göstərəcək İctimai Şuranın tərkibinin formalaşdırılması üçün Şuranın üzvlüyünə seçkilərin təşkili ilə bağlı 9 nəfərdən ibarət seçki komissiyası yaradılmışdır.
    Naftalan şəhərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti institutlarının nəzərinə çatdırılır ki, Naftalan Şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın fəaliyyətində iştirak etmək istəyənlər 20.04.2022 tarixindən 20 iş günü müddətində İcra Hakimiyyətinin Şeçki Komissiyasına müraciət edə bilərlər.
    Müraciətə (əlaqə vasitələri, e-mail və digər zərurui məlumatlar qeyd edilməlidir) vətəndaş cəmiyyəti institutları İctimai Şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir:
• şəxsiyyət vəsiqəsinin surətini;
• namizədin tərcümeyi-halını;
• namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surətini;
    Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər.

 

 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və aparatın kollektivi Milli Məclisin deputatı Anar Məmmədova atası İlyaz müəllimin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verirlər!

 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və aparatın kollektivi İcra Hakimiyyəti başçısı aparatının əməkdaşı Elman Paşayevə əzizi Yaqub müəllimin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər!

 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və aparatın kollektivi İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova əzizi Umudvar müəllimin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verirlər!

 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və aparatın kollektivi Naftalan şəhər Təhsil şöbəsinin müdiri Rəna Dəmirovaya əzizi Afət xanımın vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər!

 

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və aparatın kollektivi Goranboy Rayon Prokuroru Kamran Məmmədova əzizi Yaşar müəllimin vəfatından kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verirlər!

 

Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının kollektivi Azərbaycan Respublikasının Auditorlar Palatasının sədri, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Vahid Novruzova anası Mehri xanımın  vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər.

 

 

Keçidlər