Şriftin ölçüsü :

Saytın rəngi :

Səhiyyə

                                                   Naftalan şəhər Mərkəzi Xəstəxanası 

60 çarpayılıq Naftalan Şəhər Mərkəzi Xəstəxanasının inşasına 2015-ci ildə başlanılıb və 2018-ci ilin mayında tikinti işləri başa çatdırılıb. Şəhər Mərkəzi Xəstəxanasının tikintisi Prezident cənab İlham Əliyevin 2013-cü və 2018-ci illərdə imzaladığı sərəncamlara əsasən aparılıb. Xəstəxana 1,2 hektar ərazidə yerləşir. Tikintinin ümumi sahəsi 8 min kvadratmetrdən çoxdur. Xəstəxanada müvafiq şöbələr yaradılıb və ən müasir avadanlıqlarla təchiz olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci iilin  iyunun 5-də Naftalan Şəhər Mərkəzi Xəstəxanasının açılışında iştirak edib.

Naftalan şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsində Terapiya şöbəsi, Pediatriya şöbəsi, Poliklinika şöbəsi, Doğum şöbəsi, Şüa diaqnostika kabineti, Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsi, Qaşaltı Qaraqoyunlu və Qasımbəyli kənd tibb məntəqələri fəaliyyət göstərir. Ümumilikdə  94 nəfər işçi heyəti var. Onlardan 19 nəfər həkim, 34 nəfər tibb bacısı, 41 nəfər isə digər işçi heyətidir. Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində 2 avtomobil fəaliyyət göstərir.

Direktor

Xəstəxananın ünvanı

Əlaqə

Direktor - Samir Allahverdiyev  Naftalan şəhər İ.Həsənzadə 20/9

(022)352-30-23 

 

Keçidlər