Şriftin ölçüsü :

Saytın rəngi :

“Qış Möcüzəsi” adlı fotomarafonun Naftalan şəhərindən olan qalibi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılıb

27 fevral 2020 | 16:00

 Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən “Qış Möcüzəsi” adlı fotomarafonun qalibləri müəyyənləşib. Gənclər arasında foto sənətinə marağın artırılması, bu sahədə yeni istedadların aşkar edilməsi, ətraf aləmin gənclər tərəfindən estetik dərk edilməsinin təşviq edilməsi məqsədilə həyata keçirilən fotomarafonda gənclər mənzərə, memarlıq, portret, atributlar, mətbəx, yeni il nəfəsi və kənd həyatı mövzuları üzrə çəkdikləri fotolar ilə iştirak ediblər.
       Fotomarafonda Naftalan şəhərindən 14-29 yaş arası 38 nəfər gənc iştirak edib, onlardan şəhər S.Vurğun adına 2 №li tam orta məktəbin 10b sinif şagirdi Məmmədova Rahilə Yasin qızı “Yeni il nəfəsi” mövzusu ilə bağlı çəkdiyi foto ilə şəhərimiz üzrə qalib elan olunub.   
        Qalibin təltif olunmasıilə əlaqədar fevralın 27-də şəhər S.Vurğun adına 2 №li tam orta məktəbdə tədbir keçirilib.Tədbirdə ŞİH Başçısı aparatının məsul işçiləri, şəhər Təhsil şöbəsinin nümayəndələri, şəhər  tam orta məktəbin rəhbərliyi, müəllim və şagirdləri iştirak ediblər.
       Tədbirdə çıxış edənlər dövlət gənclər siyasətindən, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan geniş söz açıblar. Daha sonra qalibə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən göndərilmiş diplom və qiymətli hədiyyə təqdim edilib. 

 

Keçidlər