Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər ümumtəhsil məktəblərində Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilmiş anım tədbirləri keçirilib

27 fevral 2020 | 03:00

   Tədbirlərdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının, şəhər Təhsil şöbəsinin  nümayəndələri, ümumtəhsil məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri  iştirak ediblər.
     Tədbirlərin keçirilməsində əsas məqsəd məktəblilərə Xocalı faciəsində xalqımızın başına gətirilən dəhşətləri, dinc xalqa divan tutaraq misli görünməmiş vəhşilikləri törədən düşmənin əməllərini onlara çatırmaqdır.Tədbirlərdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
       İlk öncə məktəblərin foyesində şagirdlərin “Xocalı uşaqların gözü ilə”, “Ana harayı”, “Xocalı qətliamı”, “Mən Xocalı”yam mövzularında rəsm işlərinə baxış keçirilib.
         Çıxış edənlər Xocalı faciəsi haqqında ətraflı məlumat verərək bu dəhşətli faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu qeyd etdilər, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını bildirdilər.
       Tədbirlərdə şagirdlər vətənə, doğma torpağa olan sədaqət və məhəbbət duyğularını “Xocalıya ədalət”, “Xocalısız 28 il”, “Xocalı-əsrin faciəsi”, “Qanlı gecə” mövzularında ədəbi-bədii kompozisiyalar, səhnəciklər  nümayiş etdiriblər.
     Məktəblərdə ilk dərs məşğələsi Xocalı faciəsinə həsr edilib. Məktəblərin divar qəzetləri və bülletenləri faciəni əks etdirən məqalələr və fotoşəkillərlə işıqlandırılıb. 

 

Keçidlər