Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər Məşğulluq Mərkəzində dəyirmi masa keçirilib

27 fevral 2020 | 01:00

    Naftalan şəhər Məşğulluq Mərkəzində “Yeni və boşalan iş yerləri barədə məlumatların  işəgötürənlər tərəfindən Məşğulluq Altsisteminə (MAS) daxil edilməsi”,  “MAS-dan istifadə barədə təqdimat və işəgötürənlərlə birlikdə sosial iş yerlərində işçilərin əmək haqqının bir hissəsinin maliyyələşdirilməsi imkanları” və “İşəgötürənlərin məlumatlandırılması və işəgötürənlərlə qarşılıqlı əlaqələrin qurulması” mövzularında dəyirmi masa keçirilib.
      Tədbirdə ŞİH Başçısı aparatının məsul işçiləri, şəhər Məşğulluq Mərkəzinin əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
         Tədbirdə idarə,müəssisə və təşkilatlardan gələcəkdə vətəndaşların işlə təmin olunmaları üçün mövcud olan boş(vakant) iş yerlərini Məşğulluq Alt Sisteminə (MAS) yerləşdirilməsi, işçilərin ixtisarı, kvota iş yerləri barədə işçilərin hərəkəti haqqında şəhər Məşğulluq Mərkəzinə hesabat formasını vaxtlı-vaxtında təqdim etməli olduqlarını bildirilib və idarə, müəssisə və təşkilat rəhbərlərinin Məşğulluq mərkəzi ilə daima sıx əlaqə saxlamaları, boş(vakant) iş yerləri barədə məlumatları vaxtlı-vaxtında təqdim etmələri və boş vakansiyalar yarandığı təqdirdə Məşğulluq Alt Sisteminə (MAS) yerləşdirməli olduqları  qeyd edilib.    

 

Keçidlər