Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyəti və "PAŞA Sığorta" ASC-nin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində “Daşınmaz əmlakın icbari sığortası barədə maarifləndirici tədbir keçirilib

25 fevral 2020 | 16:00

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul nümayəndələri, "PAŞA Sığorta" ASC-nin "Nümayəndəliklərin idarəolunma şöbəsi"-nin rəhbəri Əli Zaidov, Gəncə nümayəndəliyinin rəhbəri Sərdar Əlizadə, şəhərin idarə,təşkilat və müəssisələrinin rəhbərləri və nümayəndələri iştirak ediblər.
       Tədbirdə "PAŞA Sığorta" ASC-nin məsul əməkdaşları mövzu barədə geniş çıxış ediblər.
       Tədbirin sonunda iştirakçıların bütün sualları ətraflı cavablandırılıb və bir qrup şəhər sakininə "PAŞA Sığorta" ASC tərəfindən siğortalanan daşınmaz əmlaklarının icbari siğorta şəhadətnamələri təqdim edilib.

 

Keçidlər