Şriftin ölçüsü :

Saytın rəngi :

Körpələr evi-uşaq bağçasında Xocalı faciəsinin iyirmi səkkizinci ildönümü ilə bağlı anım tədbiri keçirilib

24 fevral 2020 | 16:00

 Naftalan şəhər V.Namazov adına Körpələr evi-uşaq bağçasında  Xocalı faciəsinin iyirmi səkkizinci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.
       Xocalı faciəsi qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan tədbirdə Körpələr evi-uşaq bağçasının müdiri çıxış edərək Xocalı faciəsinin Azərbaycanın tarixində kədərli bir səhifə, insanlığa qarşı törədilmiş qəddar terror hadisəsi olduğunu qeyd edib. Xalqımıza qarşı törədilən soyqırımı və deportasiyalar barədə həqiqətləri ilk öncə övladlarımıza, sonra bütün dünyaya çatdırmağın, gələcək nəsillərə əyani surətdə göstərməyin və ictimaiyyət arasında onların təbliğinin genişləndirilməsinin vacibliyini vurğulayıb.
      Sonda uşaqların ifasında ədəbi-bədii kompozisiyalar təqdim edilib və soyqırıma aid şerlər söylənilib.

 

Keçidlər