Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirilib

24 fevral 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzovun 24 fevralda keçirilən növbəti vətəndaş  qəbulunda  30-dan çox vətəndaşın müraciəti  dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
     Dinlənilmiş bütün müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması  üçün müvafiq tapşırıqlar verilib.
     Qəbula gələnlər məmnunluqlarını ifadə edərək ölkədə, o cümlədən Naftalan şəhərində həyata keçirilən müxtəlif sosial layihələrə, abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər