Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində turizm ilə bağlı keçiriləcək silsilə tədbirlərlə əlaqədar görüş keçirilib

20 fevral 2020 | 01:00

Naftalan Şəhər İcra Hakimiyyəti, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun birgə təşkilatçılığı ilə Naftalan şəhərində  turizm ilə  bağlı keçiriləcək silsilə tədbirlərlə əlaqədar görüş keçirilib.Görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı  Vüqar Novruzov, ŞİH Başçısı aparatının məsul nümayəndələri, Azərbaycan Turizm Bürosunun sədri Florian Sengstschimid, Dövlət Turizm Agentliyinin kordinatoru Müsalim Əfəndiyev, Dövlət Turizm Agentliyinin Gəncə Regional Destiyanasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov iştirak ediblər.
    Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov qonaqları salamlayaraq şəhərin mövcud turizm potensialı barədə onlara ətraflı məlumat verib və  görüş zamanı  aparılan müzakirələrin, verilən təkliflərin və qəbul ediləcək qərarların Naftalanın gələcək turizm  potensialının öyrənilməsi və inkişafı baxımından müsbət və faydalı olacağanı qeyd edib.
    Görüşdə Naftalanın gələcək turizm potensialının öyrənilməsi, sağlamlıq turizmindən istifadənin səmərəliliyi kimi məsələlər müzakirə edilib.

 

Keçidlər