Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində "2 fevral-Gənclər Günü" münasibəti ilə tədbir keçirilib

01 fevral 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin, YAP Naftalan şəhər Təşkilatının və şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə  "2 fevral-Gənclər Günü" münasibəti ilə tədbir keçirilib.
    Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, ŞİH Başçısı aparatının əməkdaşları, ziyalılar, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində çalışan fəal gənclər və şəhər  ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
     Tədbir iştirakçıları ilk olaraq Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto-stendlərə baxış keçiriblər.
     Heydər Əliyev Mərkəzində davam edən tədbirdə YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev çıxış edərək tədbiri açıq elan etdi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
      Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək əlamətdar gün münasibəti ilə gəncləri təbrik edib, Azərbaycanın çiçəklənməsi naminə uğurlar arzulayıb. İcra başçısı qeyd etdi ki, bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin möhtərəm cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar.
    Şəhər rəhbəri Azərbaycan gəncliyinin bütün sferalarda aktiv fəaliyyəti ilə seçildiyini və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində gənclərin mühüm rol oynamasını diqqətə çatdırdı.
     Tədbirdə Naftalan şəhər Gənclər və İdman İdarəsinin rəisi əvəzi Elman Şərəfxanov və YAP Naftalan şəhər təşkilatı Gənclər Birliyinin sədri Ayxan Əsgərov çıxış edərək gənclər gününün yaranma tarixi, dövlət gənclər siyasətinin əsasının qoyulması və gənclər siyasətinin həyata keçirilməsinin uğurlarından danışıblar.
   Sonra Naftalan şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən idman yarışlarında uğur qazanmış yeniyetmələr diplom və hədiyələrlə mükafatlandırıb. Həmçinin, YAP Naftalan şəhər təşkilatı tərəfindən Gənclər Birliyinin fəaliyyətində aktiv iştirakına görə bir qrup  gəncə  diplom və hədiyyələr təqdim edilib.
      

 

 

Keçidlər