Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şahmatçıları Azərbaycan birinciliyinin seçmə yarışlarında iştirak edir

26 yanvar 2020 | 16:00

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 25 yanvar - 03 fevral 2020-ci il tarixlərdə Ağcabədi rayonunda şahmat üzrə 8,10,12,14 və 16 yaşadək oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyinin seçmə yarışlarında şəhərimizin şahmatçıları da iştirak edir.
     Yarışda  Naftalan şəhər Gənclər və İdman idarəsinin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman məktəbinin şahmat bölməsinin 8 və 10 yaş qrupları üzrə 7 nəfər şahmatçısı  şəhərimizi  təmsil edir.
      25 yanvar 2020-ci il tarixdə başlayan yarışlar 03 fevral 2020-ci il tarixdə başa çatacaqdır.
      Azərbaycan birinciliyində şahmatçılarımıza uğurlar arzulayırıq.

 

Keçidlər