Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “20 Yanvar faciəsinin otuzuncu ildönümü” böyük ehtiramla yad edilib

20 yanvar 2020 | 16:00

   Naftalan şəhərində Azərbaycan tarixinin faciəli, eyni zamanda şərəfli səhifəsi olan “20 Yanvar faciəsinin otuzuncu ildönümü” nə həsr olunmuş geniş anım tədbiri keçirilib.
     Anım tədbirində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov, ŞİH Başçısı aparatının əməkdaşları,şəhərin idarə, müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri və nümayəndələri, ümumilikdə mindən artıq şəhər  ictimaiyyətinin nümayəndəsi iştirak ediblər.
        Tədbir iştirakçıları “Xatirə kompleksi”ni ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən Vətən övladlarının abidəsi önünə əklil və gül dəstələri qoyublar.
        Ümumxalq hüzn günü ilə əlaqədar şəhərin ərazisində dövlət bayraqları endirilib, saat 12:00-da bütün yaşayış məntəqələrində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.

 

Keçidlər