Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinin tam orta məktəblərində “20 Yanvar faciəsinin otuzuncu ildönümünü” ilə əlaqədar ədəbi-bədii gecə keçirilib

17 yanvar 2020 | 16:00

Naftalan şəhər Təhsil şöbəsinin tabeliyində fəaliyyət göstərən tam orta  məktəblərin akt zalında “20 Yanvar   faciəsinin   otuzuncu  ildönümü”  ilə əlaqədar  “Ülvi hislərdən şəhidlik zirvəsinə” adlı ədəbi-bədii gecə keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin, Şəhər Təhsil şöbəsinin  nümayəndələri, Qarabağ müharibəsi veteranları, N saylı hərbi hissəsinin əsgər və zabitləri, ümumtəhsil məktəblərinin müəllimləri və yuxarı sinif şagirdləri  iştirak ediblər.
   Tədbir zamanı şagirdlərin hazırladıqları səhnəciklər, şeirlər, kompozisiyalar və video çarxlar nümayiş etdirilib.
      Sonda 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirilib.
       

 

Keçidlər