Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “20 Yanvar faciəsinin otuzuncu ildönümünü” ilə əlaqədar anım tədbiri keçirilib.

14 yanvar 2020 | 16:00

14 yanvar 2020-ci il tarixdə Naftalan şəhər Heydər Əliyev Mərkəzində “20 Yanvar  günü    Azərbaycanın  istiqlaliyyəti, suverenliyi və ərazi  bütövlüyü  uğrunda  mübarizənin rəmzidir” mövzusunda anım tədbiri keçirilib.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti Başçısı aparatının nümayəndələri, şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivi, ümumtəhsil məktəblərinin müəllimləri və yuxarı sinif şağirdləri  iştirak ediblər.
       Tədbir 20 Yanvar Şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.
Naftalan ŞİHB aparatında ictimai-siyasi və humanitar məsələlər üzrə işin aparıcısı, baş məsləhətçi Afət Mustafayeva tədbiri giriş sözü ilə  açaraq xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş, onun sonrakı taleyinə güclü təsir göstərmiş hadisələr sırasında Qanlı Yanvarın özünəməxsus yeri olduğunu bildirib. Qeyd edib ki, bu hadisə təkcə çoxsaylı insan tələfatına, mənəvi itkilərə və maddi dağıntılara səbəb olmuş faciə kimi deyil, həm də ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şərəf və qəhrəmanlıq səhifəsi kimi səciyyələndirilir.
      Tədbirdə 2 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Vəliyeva “20 Yanvar  günü    Azərbaycanın  istiqlaliyyəti, suverenliyi və ərazi  bütövlüyü  uğrunda  mübarizənin rəmzidir” mövzusunda geniş çıxış edib. Təranə Vəliyeva çıxışında “20 Yanvar ” hadisələrinə ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini, möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndiyini, ölkəmizin sürətlə inkişaf etdiyini, ordumuzun gücləndiyini vurğulayıb.
       Sonda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.

 

 

Keçidlər