Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı qəbulda olan vətəndaşların müraciətləri əsasında onları evlərində ziyarət edib

05 yanvar 2020 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov İcra Hakimiyyətində qəbulda olan aztəminatlı ailələrin şifahi müraciətləri əsasında onları evlərində ziyarət edib. Şəhər rəhbəri həmin ailələrin yaşayış şəraiti ilə yaxından maraqlanıb, problem və istəklərini dinləyib və problemlərinin həlli üçün müvafiq tapşırıqlar verib.
    Həmçinin şəhər İcra Hakimiyyəti tərəfindən Yeni il bayramı münasibəti ilə ailələrə bayram sovqatları təqdim edilib.Sakinlər göstərilən diqqət və qayğıya, eləcə də Naftalanda görülən işlərə görə ölkə rəhbərliyinə - cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

 

Keçidlər