Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhər sakinləri “bayram yarmarkasını” yüksək əhval-ruhiyyə ilə qarşılayıblar

02 yanvar 2020 | 16:00

  Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl“ bayramı ilə əlaqədar şəhərdə  təşkil olunan satış yarmarkalarını sakinlər yüksək əhval-ruhiyyə ilə qarşılayıb. Yarmarkanın təşkilində məqsəd “Yeni il“ bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, müxtəlif çeşid seçimi və əlverişli qiymətə almaq imkanının yaradılmasıdır.
     Yarmarkada alıcılara bazar qiymətindən 20-30 faiz uzuc qiymətə 50 çeşiddə 5 tondan çox  kənd təsərrüfatı malları, mal əti, yumurta, soğan, kartof, tərəvəz, meyvə və s. məhsullar təqdim olunub.
         Eyni zamanda  “Yeni il” bayramı ilə bağlı  ucuz qiymətə bəzək əşyaları da satışa çıxarılıb.
         Yüksək səviyyədə keçirilən bayram yarmarkalarında təklif olunan qiymətləri sakinlər razılıqla qarşılayıb.

 

Keçidlər