Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni ili qarşılamaq üçün Naftalana gələn turistlərin sayı artıb

01 yanvar 2020 | 16:00

 Naftalan şəhəri həm müalicəvi neftinə, həm də son illər burada yaradılan müasir turizm infrastrukturuna görə nəinki isti yay fəslində, hətta soyuq qış aylarında da turistləri özünə cəlb edir. Son illər yerli və xarici qonaqlar Yeni ili və sonrakı bayram günlərini bu kurort şəhərində qarşılamağa üstünlük verirlər.
      31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il gəlişi münasibətilə Naftalana üz tutan yerli və xarici turistlərin sayında da xeyli artım müşahidə olunub.
   Yeni il bayramında qonaqların istirahətinin mənalı və yaddaqalan olması üçün otellərdə tanınmış musiqiçilərin iştirakı ilə konsertlər, müxtəlif tədbirlər təşkil olunub və xüsusi hazırlanmış əyləncəli şou proqramlar turistlərə təqdim olunub. Bundan başqa bayram günləri ərəfəsində turistlərin daha mənalı istirahəti üçün sanatoriyalar tərəfindən ölkəmizin digər  mənzərəli bölgələrinə ekskursiyaların təşkil edilməsi də nəzərdə tutulub.
      Naftalanda yerləşən müasir otel və istirahət mərkəzləri yeni il axşamı ümumilikdə, 2000-ə yaxın yerli və xarici turistə xidmət göstərib. Bayram günlərində isə bu göstəricinin artacağı gözlənilir.
      Bütün bunların əsas səbəbi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Naftalan kurort şəhərinin inkişafı və keçmiş şöhrətinin bərpası istiqamətində verdiyi tapşırıqların icrası nəticəsində şəhərdə müasir tələblərə cavab verən turizm infrastrukturunun yaradılması və turistlərə göstərilən xidmət işinin təkmilləşdirilməsidir.



 

Keçidlər