Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulunda 60-dan çox sakinin müraciətini dinləyib

31 dekabr 2019 | 07:00

Naftalan Şəhər İcra Hakimiyyəti başçısının 30 dekabrda keçirilən vətəndaş  qəbulunda vətəndaşların müraciətləri tək-tək dinlənilib, onları narahat edən məsələlərin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülüb.
     Dinlənilmiş bütün müraciətlər qeydiyyata alınaraq nəzarətə götürülmüşdür. Həlli vacib və mümkün olan problemlərin dərhal, digərlərinin isə araşdırılaraq qanuna uyğun formada aradan qaldırılması  üçün müvafiq tapşırıqlar verilib.
      Qəbul zamanı aztəminatlı ailələrə şəhər İcra Hakimiyyəti tərəfindən Yeni il bayramı münasibəti ilə bayram sovqatları təqdim edilib.
   Qəbula gələn sakinlər ölkə başçısının siyasətinin əsasını təşkil edən vətəndaş amilinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək, son günlərdə Naftalan şəhərinə yeni  təyin olunan icra başçısı tərəfindən keçirilən səyyar görüşlərin, fərdi qəbulların, eləcə də vətəndaşların istəyini nəzərə alaraq yerində baxış keçirilməsini vətəndaşlara göstərilən diqqətin bariz nümunəsi kimi qiymətləndiriblər.
  Şəhər rəhbəri qəbula gələn vətəndaşlara bildirib ki, bizim əsas məqsədimiz cənab Prezidentin tapşırıqlarından irəli gələn məsələləri icra edərək Naftalan sakinlərinə layiqli xidmət göstərməkdir.

 

Keçidlər