Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda yaşıllaşdırma işləri uğurla davam etdirilir.

31 dekabr 2019 | 01:00

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq kurort şəhəri Naftalanda son illər ərzində bir sıra infrastruktur və sosial layihələr uğurla həyata keçirilib. Bu işlərin başa çatması ilə şəhərin estetik gözəlliyinin bərpasına başlanılmışdır.
      Hazırda şəhərin ayrı-ayrı küçələrində, çoxmənzilli yaşayış binalarının qarşısında, yol kənarlarında səliqə-səhman yaradılılması, abadlıq və yaşıllaşdırma işləri xüsusi diqqət mərkəzində saxlanılır.
    Dekabr ayının əvvəlindən Naftalanın kurort iqliminin daha da yaxşılaşdırılması məqsədi ilə şəhər ərazisində bugünədək 5000-dək müxtəlif növ ağac - eldar şamı, çinar və digər dekorativ ağac və bitkilər əkilib.
       Hazırda yeni yaşıllıqların salınması istiqamətində işlər davam etdirilir.

 

Keçidlər