Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinin tam orta məktəblərində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə silsilə bayram tədbirləri keçirilib

30 dekabr 2019 | 01:00

Şəhərin tam orta məktəblərində təşkil olunan bayram tədbirlərində şagirdlərə  Dünya Azərbaycanlılarının Həmrəylik Gününün tarixi barədə geniş məlumat verilib. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Dünya Azərbaycanlılarının Həmrəylik Gününün respublikamızda və müxtəlif ölkələrdə geniş qeyd olunduğu vurğulanıb. Həmrəylik gününün dünyada yaşayan soydaşlarımız arasında birlik və həmrəylik yaratmaq baxımından mühüm rol oynadığı diqqətə çatdırılıb.
    Tədbirlərdə şagirdlər vətənə, həmrəyliyə və yeni ilə aid şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
   Naftalan Şəhər İcra Hakimiyyətinin və şəhər Gənclər və İdman idarəsinin nümayəndələri Zaməddin Rüstəmov adına Qaşaltı Qaraqoyunlu kənd tam orta məktəbində ibtidai sinif şagirdləri ilə görüşüb, onlara Gənclər və İdman Nazirliyi tərəfindən göndərilmiş bayram hədiyyələrini təqdim ediblər.
     Tədbir zamanı şagirdlər yeni ilə və şaxta babaya aid şeirlər səsləndiriblər.

 

Keçidlər