Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi qeyd edilib

30 dekabr 2019 | 11:00

 29 dekabr 2019-cu il tarixdə Naftalan şəhərində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik günü” və “Yeni il “ bayramı münasibətilə ümumşəhər  bayram tədbiri keçirilib.
     Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov, şəhər İcra Hakimiyyətinin məsul işçiləri, idarə, müəssisə, hüquq mühafizə orqanlarının rəhbərləri və nümayəndələri, eləcə də şəhər  ictimaiyyəti və turistlər iştirak ediblər.
Tədbir iştirakçıları yeniyetmə və gənc idmançıların nümunəvi çıxışlarına baxıb, kitablar, məişət-etoqraf əşyaları, rəsm, əl işləri, şirniyyat və mürəbbələrdən ibarət sərgiyə baxış keçiriblər.
      Heydər Əliyev Meydanında təşkil edilən bayram tədbirində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı çıxış edərək şəhər sakinlərini və tədbir iştirakçılarını xalqımızın birlik, milli təəssübkeş və vətənə sədaqətinin rəmzi olan "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və "Yeni il” münasibəti ilə təbrik edib və ən xoş arzularını çatdırıb. Şəhər rəhbəri bildirib ki, hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu əlamətdar günün təsis edilməsi həm də müxtəlif ölkələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə geniş imkanlar yaratmışdır.
      Bu gün Ulu Öndər Heydər Əliyevin xalqımızın birliyi və həmrəyliyinə yönəlmiş ideyaları Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək bu şərəfli ənənə gündən-günə daha geniş vüsət alır.
    Tədbir Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının kollektivinin  və şəhər Musiqi məktəbinin şagirdlərinin hazırladığı bayram konserti ilə davam etdirilib.
      Yeni ilin atributu olan Şaxta baba və Qar qızın tədbirə qatılması, uşaqlara bayram hədiyyələri paylaması uşaqların bayram əhval-ruhiyyəsinə daha xoş ovqat qatıb.

 

Keçidlər