Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “bayram yarmarkası” təşkil edilib

30 dekabr 2019 | 08:00

  Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni İl“ bayramı ilə əlaqədar şəhərdə  satış yarmarkası təşkil edilib. Yarmarkanın təşkilində məqsəd “Yeni il“ bayramı ərəfəsində əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, müxtəlif çeşid seçimi və əlverişli qiymətə almaq imkanının yaradılmasıdır.
     Yarmarkada alıcılara bazar qiymətindən 20-30 faiz ucuz qiymətə 50 çeşiddə 5 tondan çox  kənd təsərrüfatı malları, mal əti, yumurta, soğan, kartof, tərəvəz, meyvə və s. məhsullar təqdim olunub.
         Eyni zamanda  “Yeni il” bayramı ilə bağlı  ucuz qiymətə bəzək əşyaları da satışa çıxarılıb.
        

 

Keçidlər