Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vətəndaşların şifahi müraciətləri əsasında vətəndaşları qəbul edib

27 dekabr 2019 | 16:00

  Hər  zaman  sakinlərin  qayğı  və  problemləri  ilə  maraqlanan   şəhər  İcra  Hakimiyyətinin    başçısı  Vüqar Novruzov  rəsmi qəbul günlərindən əlavə vətəndaşların müraciətləri əsasında növbəti  qəbul keçirib.
      Şəhər rəhbəri qəbul zamanı 15 nəfərədək vətəndaşın problem və istəklərini  dinləmiş, müraciətlərin bir qismi yerində həll edilmiş, bəzi müraciətlərin həlli üçün müvafiq göstəriş verilmişdir.
       Qəbula gələn aztəminatlı ailələrə şəhər İcra Hakimiyyəti tərəfindən Yeni il bayramı münasibəti ilə bayram sovqatları təqdim edilib.
     Qəbulda olanlar əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, onlara göstərilən diqqət və qayğıya görə həmçinin kurort şəhəri olan Naftalanda abadlıq –quruculuq işlərinin sürətlənməsinə görə cənab Prezident  İlham Əliyevə və I Vitse-Prezident Mehriban xanım Əliyevaya sonsuz hörmət və  minnətdarlıqlarını bildiriblər.
     Həmçinin  vətəndaşlar son zamanlar Naftalanda müraciətlərinə operativ və fərdi qaydada  yanaşıldığına görə təşəkkür ediblər.

 

Keçidlər