Şriftin ölçüsü :

Saytın rəngi :

25 dekabr 2019-cu il tarixində Naftalan şəhər İ.Nəsimi adına 1 nomrəli tam orta məktəbdə aprel şəhidi Vaqif Bayramovun doğum günü münasibətilə anım tədbiri keçirilib

26 dekabr 2019 | 07:00

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, şəhidin ailə üzvləri, məktəblərin müəllim və şagird kollektivi, şəhər ictimaiyyətinin nümayəndələri  iştirak ediblər.
    Tədbir  açıq elan edildikdən sonra Azərbaycan Respublikasının dövlət  himni səsləndirilib. Himnin ardınca şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tədbiri giriş sözü ilə açan  məktəb direktoru Faiq Rüstəmov şəhid Vaqif Dilqəm oğlu Bayramovun mənalı həyat və şərəfli döyüş yolundan danışıb.
    Tədbirdə şəhidin qızı Zeynəb Bayramova şəhidlər haqqında  şeir söyləyib. Həmçinin şagirdlərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
    Sonda iştirakçılara şəhidin əziz xatirəsinə həsr edilmiş sənədli film nümayiş etdirilib.

 

Keçidlər