Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyəti başçısı Vüqar Novruzov şəhid ailəsini evində ziyarət edib

25 dekabr 2019 | 08:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov  şəhid qardaşlar Mehman və Vaqif Bayramovların ailəsini evində ziyarət edib və qarşıdan gələn “Yeni il” bayramı münasibəti ilə onları təbrik edib.
     İcra başçısı bildirmişdir ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.
    Görüşün sonunda  şəhid ailəsinə bayram sovqatı təqdim olunub. Şəhidin valideynləri  şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə - cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin  minnətdarlığını bildiriblər.
     Şəhidin atası Dilqəm Bayramov şəhər rəhbərinin onlarla  görüşməsini, təbrik etməsini şəhid ailələrinə olan qayğının ən bariz nümunəsi kimi qiymətləndirib.

 

Keçidlər