Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə cüdo idman növü üzrə 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında açıq şəhər birinciliyi keçirildi

23 dekabr 2019 | 07:00

22 dekabr 2019-cu il tarixdə “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü” münasibətilə cüdo idman növü üzrə 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında açıq şəhər birinciliyi keçirildi. “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü” nün qeyd edilməsi, cüdo idman növünə marağın artırılması, istedadlı idmançıların aşkar edilməsi və idmançılar arasında dostluq və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə təşkil edilən yarışda Naftalan, Gəncə, Sumqayıt, Xocalı şəhərləri, Goranboy, Yevlax, Bərdə, Göygöl, Ağdam rayonlarından ümumilikdə 136 nəfər idmançı iştirak edirdi. Yarışda komanda hesabında I yeri Naftalan şəhər komandası, II yeri Gəncə şəhər komandası, III yeri isə Goranboy rayon komandası qazandı. Yarışı Azərbaycan Cüdo Federasiyasının respublika dərəcəli hakimləri  Adıgözəlov Sultan, Xəlilov Vüqar, İskəndərov Vasif idarə ediblər.

 

 

Keçidlər