Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı məişət tullantılarının yığıldığı poliqona baxış keçirdi

21 dekabr 2019 | 16:00

  Naftalan şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov şəhərin V.Quliyev küçəsində yerləşən, ərazisi 1.2 hektar olan məişət tullantılarının yığıldığı poliqona baxış keçirmişdir.
      Şəhər rəhbəri avtomobil yollarının kənarlarında, ictimai yerlərdə, turizm, iaşə obyektlərində ərazinin ümumi görünüşünə, habelə əhalinin sağlamlığına və ekoloji tarazlığın qorunmasına ciddi təsir göstərən zibilxanaların yaranmasının qarşısının alınması, eləcə də məişət tullantılarının vaxtında poliqona daşınması və poliqonda təkmilləşdirmə işlərinin aparılması barədə aidiyyəti üzrə müvafiq tapşırıqlarını vermişdir.


 

Keçidlər