Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Qasımbəyli kəndində növbəti səyyar görüş keçirib

22 dekabr 2019 | 08:10

 Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov Qasımbəyli kəndində səyyar görüş keçirib.
       Kəndin mərkəzində təşkil olunan görüşdə Şəhər İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, ŞİHB-nin Qaşaltı Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi, kənd Bələdiyyəsinin sədri, hüquq mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri  və kənd  sakinləri iştirak ediblər.
      Görüşdə şəhər rəhbəri ölkəmizin sürətli sosial-iqtisadi inkişafından, ictimai-siyasi sabitliyindən və artan qüdrətindən geniş bəhs edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yaxşılaşdırılmasına yönəlmiş qərarlar barədə ətraflı məlumat verib. Qeyd olunub ki, ölkə başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq keçirilən belə görüşlərin əsas məqsədi sakinlərin problemlərini öyrənmək, onları operativ şəkildə həll etmək və onlara göstərilən diqqət və qayğının göstəricisidir.
        Sonra vətəndaşların müraciətləri dinlənilib.
       Qəbulda qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digər problemlərin operativ qaydada həlli istiqamətlərində şəhər rəhbəri tərəfindən aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
   Görüşün sonunda kənd sakinləri əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən səyyar  görüşlərdən razı qaldıqlarını qeyd edərək, vətəndaşlara göstərilən bu cür diqqət və qayğıya görə ölkə rəhbərliyinə - cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.


 

Keçidlər