Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda maarifləndirici tədbir keçirilib

20 dekabr 2019 | 16:00

Naftalan şəhər  Məşğulluq Mərkəzi tərəfindən şəhər  S.Vurğun adına 2 nömrəli tam orta məktəbin akt zalnda peşəyönümü istiqamətində  “Düşünülmüş peşə seçimi gələcək uğurunuzun zəminidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naftalan şəhər Məşğulluq Mərkəzinin nümayəndələri, şəhərin ümumtəhsil məktəblərinin direktorları, müəllimlər, psixoloqlar  və məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.
    Tədbirdə məktəblilərə mövcud əmək bazarında daha çox tələb olunan ixtisas və peşələr, həmin ixtisas və peşələrin gələcək perspektivləri haqqında ətraflı məlumatlar verilib.     
    Gələcəkdə uğurlu əmək fəaliyyətinə nail olunmasında düzgün peşə seçiminin və iş imkanlarının obyektiv qiymətləndirilməsinin vacibliyi bildirilib.Eyni zamanda, bu imkanlardan əmək bazarının tələbləri üzrə düzgün və səmərəli istifadə olunmasının əhəmiyyəti diqqətə çatdırılıb.

 

Keçidlər