Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Qarabağ əlilini evində ziyarət edib

20 dekabr 2019 | 16:00

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov Qarabağ müharibəsi əlili Yaməddin Dəmirovun yaşadığı evə baş çəkərək, ailənin şəraiti ilə yaxından tanış olub. Dəmirovun ailəsi qayğı və problemləri ilə yaxından maraqlandığı üçün Şəhər İcra Hakimiyyətinin başçısına təşəkkür ediblər.
     Şəhər rəhbəri bildirib ki, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi və həyat şəraitinin yaxşılaşdırılması üçün böyük  işlər görülüb. Bundan sonra da bu qəbildən olan insanların problemləri diqqət mərkəzində saxlanılacaq. Sizlər hər cür qayğı və hörmətə layiqsiniz.
       Qarabağ müharibəsi əlilinin ailəsi sosial təminatlarının mütəmadi olaraq gücləndirilməsi  yönündə dövlət  tərəfindən həyata keçirilən tədbirlərdən  razı qaldıqlarını  ifadə  edərək   ölkə rəhbərliyinə - cənab  Prezident  İham  Əliyevə və Birinci Vitse-Prezident  Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər