Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

17 dekabr 2019 | 16:00

  17 dekabr 2019-cu il tarixində Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov  Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb.
     Görüşdə icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyeva tərəfindən Qarabağ  müharibəsi əlillərinə və  veteranlarına,eləcədə  şəhid ailələrinə göstərilən diqqət və qayğıdan söz açıb.Qeyd edib ki,bugün ölkəmizdə Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə yüksək dövlət qayğısı göstərilir. Ulu Öndər Heydər Əliyevin bu təbəqədən olan insanlara göstəridiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
        Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Vüqar Novruzov sosial müdafiə tədbirlərinin daha səmərəli və məqsədyönlü təşkili baxımından belə görüşlərin keçirilməsinə onlardan gələn rəy və təkliflərin öyrənilməsinə xüsusi əhəmiyyət verildiyini və gələcəkdə də belə görüşlərin  davam edəcəyini qeyd edib.
       Şəhər rəhbəri Qarabağ müharibəsi əlilləri və veteranlarının üzləşdiyi problemləri, arzu və təklifləri dinləyib, qaldırılmış məsələlərin bir çoxu yerindəcə həll edilib, bəzilərinin həlli üçün isə aidiyyəti üzrə tapşırıqlar verilib.
        Görüşdə çıxış edənlər cənab Prezident İlham Əliyev tərəfindən yüksək etimad göstərilərək V.Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi münasibəti ilə təbrik edib, ona işlərində uğular arzulayıblar. Ölkəmizdə müharibə əlilləri və veteranlarının rifah halının yaxşılaşdırılması üçün atılan mühüm addımları yüksək qiymətləndiriblər.Diqqət və qayğı ilə əhatə olunduqlarına görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını ifadə edərək hər zaman Vətənin müdafiəsinə hazır olduqlarını bildiriblər.

 

Keçidlər