Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində yeni inşa edilən körpələr evi-uşaq bağçasında son tamamlanma işləri başa çatıb.

25 noyabr 2019 | 16:00

2018-ci ilin iyun ayının 5-də ölkə başçısı Naftalan şəhərinə səfərindən sonra şəhər üzrə məktəbəqədər yaşlı uşaqların sayının çox, yalnız 280 uşağın məktəbəqədər təhsilə cəlb olunma imkanı olduğunu nəzərə alaraq yeni 200 yerlik məktəbəqədər təhsil müəssisəsinin tikintisi məqsədilə müvafiq sərəncam imzalamışdır.Binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.
     Hazırda yeni inşa edilən 200 yerlik  körpələr evi-uşaq bağçası öz balaca sakinlərini qəbul etməyə hazırdır. İki mərtəbəli binada mətbəx, yemək və yataq otaqları, musiqi, idman və əyləncə zalları inşa edilib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, bina isti və soyuq su ilə təchiz edilib.
      İki mərtəbəli bina müasir rəngbərəng inventar və   mebel dəstləri ilə tam təchiz edilib və uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. 
   Həyətdə ehtiyat su anbarı, qazanxana və gözətçi məntəqəsi tikilmiş, bağçanın hasarı mişar daşı ilə hörülmüş və metal məhəccərlər quraşdırılmışdır.
    Körpələr evi-uşaq bağçasının bir hektara yaxın ərazisində balacaların əylənməsi üçün 10 ədəd söhbətgah quraşdırlırb. Həmçinin ərazi asfaltlanıb, daş örtüklər döşənib və müasir işıqlandırma sistemi quraşdırılıb. Yaxın günlərdə yaşıllıq zolağının salınması işlərinə başlanılacaq.
     Bu məktəbəqədər təhsil müəssisəsi istifadəyə verildikdən sonra Naftalanda sayca ikinci müəssisə olacaq.


 

Keçidlər