Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Naftalan məktəbliləri şimal bölgəsinə yola düşüblər.

13 noyabr 2019 | 16:00

13 noyabr  2019-cu il tarixdə  Naftalan Şəhər İcra Hakimiyyətində  Ölkəmizi tanıyaq” devizi ilə keçirilən  tur-aksiyada iştirak edəcək məktəblilərin Quba-Qusar-Xaçmaz istiqaməti üzrə yolasalma mərasimi keçirilib.
     Görüşdə çıxış edən Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini Afət Cabbarova şagirdlərə turun məqsədi barədə məlumat verib, ölkə başçısı cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafı istiqamətində gördüyü işlərdən danışıb, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulayıb.
     Valideyinlər və müəllimlər tədbirdə çıxış edərək məktəblilərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
    Daha sonra şagirdlər xususi avtobusla Quba rayonuna yola düşüblər.İştirakçılar tur-aksiya çərçivəsində Quba rayonunda Cümə məscidi, Quba Soyqırımı Memorial Kompleksi, Xalçaçılıq emalatxanası, Tağlı Körpü  ilə tanış olacaq, Qırmızı qəsəbəyə, Xınalıq yolundakı şəlaləyə, Qusar rayonunun Həzrə kəndindəki “Şeyx Cüneyd” türbəsinə və “Şahdağ” Qış-Yay Turizm Kompleksinə, Xaçmaz rayonunda isə Xalça muzeyinə, Şəxsiyyətlər muzeyinə və Çənlibel parkına ekskursiya edəcəklər.

 

Keçidlər