Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni ailə həyatı quran gənclər Naftalan şəhər Heydər Əliyev Mərkəzini ziyarət ediblər.

12 noyabr 2019 | 16:00

   9 noyabr 2019-cu il tarixdə ailə həyatı quran Naftalan şəhər gəncləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər. İlk öncə Ulu Öndərin abidəsini ziyarət edən gənclər abidə önünə tər güllər qoyaraq Ümummilli Liderin xatirəsinə olan ehtiramlarını bildiriblər. Sonra gənclər Heydər Əliyev Mərkəzinə gələrək dahi liderin həyat və siyasi fəaliyyətini əks etdirən foto stendlərlə tanış olublar. Yeni ailə həyatı quran gənc cütlükləri  şəhərimizin gəncləri ailə həyatı qurmaları və Dövlət Bayrağı günü münasibətilə təbrik edərək onlara Dövlət Bayrağı hədiyyə ediblər.

Keçidlər