Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalanda “Dövlət Bayrağı Günü” qeyd olunub.

08 noyabr 2019 | 16:00

 08 noyabr 2019-cu il tarixdə Naftalan şəhərində 9 noyabr- Dövlət Bayrağı Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov, şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhərin idarə, müəssisə və təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti də iştirak ediblər.
      Tədbiri Naftalan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov açaraq 9 noyabr- Dövlət Bayrağı Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib və bu günün əhəmiyyətindən danışıb.
     Tədbirdə Naftalan şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbin tarix müəllimi, əməkdar müəllim Sədrəddin Muradov geniş çıxış edərək dövlət bayrağımızın rəmzi mənalarına toxunub, milli-mənəvi dəyərlərdən söz açıb. Bildirib ki, Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzi və Azərbaycanı dünya ölkələri arasında təmsil edən dövlət atributu, xalqımızın azadlıq və istiqlal ideallarının, milli varlığının təcəssümü, hər bir vətəndaşın inam və güvən yeridir.
       Sonra müstəqilliyimizin əsas atributlarından olan bayrağın tarixi haqqında videoçarx nümayiş olunub.
      Tədbirin sonunda sosial müdafiəyə xüsusi ehtiyacı olan istedadlı tələbələrə göstərdiyi diqqət və qayğıya görə sahibkar Hüseynov İlqar Nəsrəddin oğlu Naftalan Şəhər İcra Hakimiyyəti tərəfindən diplomla təltif edilib.


 

Keçidlər