Şriftin ölçüsü :

Saytın rəngi :

18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə tədbir keçirilib.

18 oktyabr 2019 | 16:00

18 oktyabr 2019-cu il tarixdə Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi səkkizinci  ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə çıxış edən İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbin direktoru Faiq Rüstəmov tədbir iştirakçılarını Milli Müstəqillik günü münasibətilə təbrik edərək, ölkənin müstəqillik tarixindən bəhs edib. 18 oktyabr tarixinin Azərbaycan xalqı üçün əhəmiyyətindən söz açan Faiq Rüstəmov 1991-ci ildə baş verən hadisələri və həmin dövrdəki tarixi qərarları dövlətçiliyimiz üçün mühüm amil kimi səciyyələndirib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin əbədi və dönməz olması üçün göstərdiyi səylərdən danışaraq cənab prezident İlham Əliyevin  xidmətləri sayəsində hazırda Azərbaycanın dünyanın inkişaf etmiş ölkələrindən birinə çevrildiyini vurğulayıb.
    Çıxış edən digər natiqlər dövlətçilik tarixinə qısa nəzər salaraq müstəqillik uğrunda  Azərbaycan xalqının mücadiləsindən və bu müstəqilliyin qorunub saxlanılmasından danışıblar.
   Tədbirdə məktəbin  şagirdlərinin ifasında Milli Müstəqillik gününə həsr edilmiş kompozisiya nümayiş etdirilib.
    Həmçinin, Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə məktəbin aşağı sinif şagirdləri arasında şahmat yarışı keçirilib.

Keçidlər