Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində keçirilən yeniyetmələr arasında cüdo idman növü üzrə region birinciliyi başa çatıb.

05 oktyabr 2019 | 16:00

      03-04 oktyabr 2019-cu il tarixlərdə Naftalan şəhərində Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə 2003-2005-ci il və 2006-2007-ci il təvəllüdlü yeniyetmələr arasında cüdo idman növü üzrə region birinciliyi keçirilib.Yarışda Naftalan, Xocalı, Yevlax şəhərləri, Ucar, Göyçay, Ağdaş, Bərdə, Ağcabədi, Ağdam, Zərdab, Laçın və Goranboy rayonlarından olan idmançılar iştirak edib.
     Yarışın açılış mərasimində Naftalan şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov da iştirak edib.Arzu Məmmədov çıxış edərək idmançıları salamlayıb və yarışda onlara uğurlar arzulayıb.
    2 gün ərzində keçirilən region birinciliyində Aran Qarabağ bölgəsindən olan yeniyetmə cüdoçular iki yaş qrupu üzrə medallar uğrunda yarışıblar.
   12 komandanın mübarizə apardığı 2003-2005-ci il cüdoçuların mübarizəsində medalların əyarına görə Naftalan cüdoçuları  4-cü yeri tutublar. 1-ci yeri isə Yevlax cüdoçuları tutublar.
   12 komandanın mübarizə apardığı 2006-2007-ci il təvəllüdlü cüdoçuların mübarizəsində medalların əyarına görə Naftalan cüdoçuları  4-cü yeri tutublar. 1-ci yeri isə Yevlax cüdoçuları tutublar.

Keçidlər