Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində ali məktəblərə qəbul olunan tələbələrlə görüş keçirilib.

09 sentyabr 2019 | 16:00

 09 sentyabr 2019-cu il tarixdə Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində şəhərin ümumtəhsil orta məktəblərini 2018-2019-cu tədris ilində bitirib ali məktəblərə qəbul olunmuş abituriyentlərlə görüş keçirilib.Tədbirdə Naftalan şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov, şəhər Polis şöbəsinin rəisi Zaur Bədəlov, YAP Naftalan şəhər təşkilatının sədri Hatəm Qocayev, şəhər İcra Hakimiyyətinin və şəhər təhsil şöbəsinin nümayəndələri, şəhərin ümumtəhsil məktəblərinin direktorları, şəhər  ictimaiyyətinin nümayəndələri, tələbə adını qazanmış gənclər və  onların valideynləri iştirak ediblər.
        Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.
     Naftalan şəhər Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Naftalan şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov çıxış edərək ali məktəblərə qəbul olunmuş  tələbələri,  onların valideynlərini, müəllimlərini təbrik etdi və gənclərə yenicə qədəm qoyduqları tələbəlik həyatında müvəffəqiyyətlər arzuladı. Arzu Məmmədov çıxışında həmçinin,ölkəmizdə təhsilə, elmin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə aparılan islahatlardan danışıb.Qeyd edib ki, Naftalan təhsilində əldə olunan nailiyyətlər də bu diqqət və qayğının nəticəsidir.
      Naftalan şəhər Təhsil şöbəsinin müdiri Rəna Dəmirova 2018-2019-cu tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə çıxış edib.Qeyd edib ki, Naftalan şəhər Təhsil şöbəsinin tabeliyində 3 tam orta məktəb fəaliyyət göstərir. 2018-2019-cu tədris ilinin məzunlarından 44 nəfəri ali məktəblərə qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş, onlardan 26 nəfəri ali məktəbə qəbul olunub.Ali məktəblərə qəbul olanların 3 nəfəri 500-dən, 6 nəfəri 400-dən yuxarı bal toplayıb.
      YAP Naftalan şəhər Təşkilatının sədri Hatəm Qocayev tədbirdə çıxış edərək tələbə adını qazanmış abituriyentləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
      Tədbirdə Azərbaycan   Dövlət İqtisad Universitetinə qəbul olmuş, Naftalan şəhər İ.Nəsimi adına 1 nömrəli  tam orta məktəbin məzunu Vəliyeva Nəzakət Faiq qızı çıxış edərək əldə etdiyi uğurda böyük əməyi olan müəllim və valideynlərinə təşəkkür ifadə etdi.Həmçinin o,təhsilə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirdi.

Keçidlər