Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdimetmə mərasimi keçirilib.

24 iyul 2019 | 16:00

  24 iyul 2019-cu il tarixdə Naftalan Şəhər İcra Hakimiyyətində  Azərbaycan Respublikası Prezidenti cənab  İlham Əliyevin 22 iyun  2019-cu il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunan Mustafayev Arzu İbrahim oğlunun “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdimetmə mərasimi keçirilib.
      Naftalan Şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Arzu Məmmədov tədbirdə çıxış edərək mükafata layiq görülməsi münasibətilə Arzu Mustafayevi  təbrik etdi və ona gələcək fəaliyyətində uğurlar arzuladı.
        Daha sonra təltifçi Arzu Mustafayev çıxış edərək belə bir mükafata layiq görüldüyü üçün ölkə prezidenti cənab İlham Əliyevə və şəhər İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən  Arzu Məmmədova öz dərin təşəkkürünü bildirdi.
        Tədbirin sonunda mükafat sahibinə təqdim olundu.
       

Keçidlər