Şriftin ölçüsü :

Saytın rəngi :

Ukraynanın televiziya kanalı Azərbaycan haqqında növbəti reportajını yayımlayıb.

22 iyul 2019 | 16:00

Ukraynanın populyar “5 kanal” televiziyası Azərbaycan haqqında növbəti reportajını yayımlayıb.
     Reportajda Naftalan müalicəvi kurort turizm mərkəzi barədə geniş məlumat verilib. Qeyd edilib ki, Naftalan nefti bir çox xəstəliklərin müalicəsi üçün dünyaca tanınır. Naftalanda xarici turistlərdən alınan müsahibələrdə onun üstünlüyü barədə tamaşaçılara geniş məlumat verilir.
  Naftalanda yaradılan şəraitə heyran olan aparıcı Nadya Baziv insanların qonaqpərvərliyini xüsusi vurğulayıb.
Reportajda Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Naftalan neftinin üstünlüklərindən danışıb, milli sərvətlərimizin xalqımızın rifahının inkişafına yönəldildiyini qeyd edib.

 

Keçidlər