Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərinin ümumtəhsil məktəblərində “1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə bağlı silsilə tədbirlər keçirilib

31 may 2019 | 16:00

 Naftalan şəhərinin ümumtəhsil məktəblərində  1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü  ilə bağlı silsilə tədbirlər keçirilib.
     Tədbirlərdə çıxış edən natiqlər  uşaqları təbrik edərək qeyd ediblər ki,   Azərbaycanda uşaq problemləri hər zaman diqqət mərkəzindədir.Ulu Öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı.Bu gün həmin qayğı  cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Şəhərimizdə bu sahəyə xüsusi diqqət yetirilir, uşaqların normal yaşaması, onların təhsili, sağlamlığı, əyləncəsini təşkil etmək üçün müxtəlif tədbirlər həyata keçirilir.
    1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbirlərdə  şagirdlər tərəfindən hazırlanmış  rəngarəng mahnı, şeir və rəqs nömrələri nümayiş olundu.İl ərzində əla qiymətlərinə və ictimai işlərdə fəal iştirakına görə fərqlənən şagirdlər diplom və hədiyyələrlə mükafatlandırılıblar.

 

Keçidlər