Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhər V.Namazov adına Körpələr evi-Uşaq bağçasında “28 May-Respublika günü” münasibətilə tədbir keçirilib.

23 may 2019 | 16:00

     23 may 2019-cu il tarixdə Naftalan şəhər V.Namazov adına Körpələr evi-Uşaq bağçasında “28 May-Respublika günü” münasibətilə tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Körpələr evi-uşaq bağçasının müdiri Kəmalə Hüseynova 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayaraq 1993-cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən danışıb.
     Tədbir uşaqların hazırladığı kompozisiyalar, mahnı və rəqs nümunələri ilə davam etdirilib.

Keçidlər