Şriftin ölçüsü :

Saytın rəngi :

“18 may-Beynəlxalq Muzeylər Günü” münasibətilə tədbir keçirilib.

17 may 2019 | 16:00

17 may 2019-cu il tarixdə Naftalan şəhər  Heydər Əliyev Mərkəzində şəhərin ümumtəhsil məktəblərinin bir qrup şagird və müəllimlərinin iştirakı ilə “18 may-Beynəlxalq Muzeylər Günü” münasibətilə tədbir keçirilib. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Elman Alıyev “Müzeylər milli-mənəvi dəyərlərimizi yaşadan Mədəniyyət Mərkəzidir“, Heydər Əliyev Mərkəzinin bələdçisi Elnarə Abbasova “Azərbaycanda müzey işinin tarixi barədə” mövzularında  geniş çıxış ediblər.
    Sonda Heydər Əliyev Mərkəzində  tədbir iştirakçılarına  Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlar əsasında geniş məlumatlar verilib.

Keçidlər