Şriftin ölçüsü :

Saytın rəngi :

İranın xəbər agentliyində Naftalan nefti və sanatoriyaları haqqında yazı dərc edilib

13 may 2019 | 16:00

İranın İlna xəbər agentliyində Azərbaycanın Naftalan nefti və sanatoriyaları haqqında yazı dərc olunub.
    Yazıda Azərbaycanın Naftalan şəhərində çıxan bu unikal neft barəsində geniş məlumat verilib. Nəzərə çatdırılıb ki, Naftalan nefti 70 xəstəliyin müalicəsində istifadə olunur. Əsəb sistemi, bel-oma, əzələ, dəri və damar xəstəliklərinin müalicəsində istifadə olunan Naftalan nefti sağlamlıq üçün faydalıdır.
    Agentlik Azərbaycana səfərlər etməyi və Naftalan şəhərindəki sanatoriyalarda dincəlməyi və sağlamlığın qayğısına qalmağı məsləhət görür.
 

Keçidlər