Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə turnir başa çatdı.

10 may 2019 | 16:00

 Yeni Azərbaycan Partiyası Naftalan şəhər təşkilatının  və  şəhər  Gənclər  və İdman idarəsinin təşkilatçılığı  ilə  idarə, müəssisə və təşkilatlar arasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə  təşkil olunmuş mini-futbol turnirinin 10 may 2019-cu il tarixdə final görüşü keçirilib.
   Ulu Öndərin anadan olmasının 96-cı ildönümünün qeyd edilməsi, gənclərdə yoldaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə keçirilən yarışda I yeri "Qarabag Resort and Spa" komandası, II yeri Qashalti Health Hotel Naftalan komandası,III yeri Naftalan şəhər UGİM-nin komandası tutmuşdur.Yarışda ilk 3 yeri tutan komandalar Naftalan şəhər Gənclər və İdman idarəsi tərəfindən diplom və kubokla təltif olunublar.

Keçidlər