Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Naftalanda təntənə ilə qeyd olunub.

10 may 2019 | 16:00

  10 may 2019-cu il tarixdə Naftalan şəhərində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə ümumşəhər  tədbiri  keçirilib. Naftalan şəhər İcra Hakimiyyətinin nümayəndələri, şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri, eləcə də şəhərə istirahət və müalicəyə gələn qonaqlar Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, dahi şəxsiyyətin xatirəsini ehtiramla anıblar.
       Abidəni ziyarət etdikdən sonra tədbir iştirakçıları tərəfindən  əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıblar və məktəblilərin ifasında “Sən elə bir zirvəsən” adlı kompozisiya nümayiş etdirilib.
       Sonra Ulu Öndərin anadan olmasının 96-cı ildönümü münasibətilə Naftalan şəhər Bayraq Meydanında ağacəkmə kampaniyası keçirilib. Ağacəkmə kampaniyasında  350-ə yaxın  ağac əkilib.

 

Keçidlər