Şriftin ölçüsü :

Saytın rəngi :

Naftalan şəhərində “9 May-Faşizm üzərində Qələbə Günü” qeyd edilib.

09 may 2019 | 16:00

09 may 2019-cu il tarixdə Naftalan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə faşizm üzərində qələbənin 74-cü ildönümü münasibətilə tədbir keçirillib. Tədbirdə şəhərin hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri ilə yanaşı şəhər ictimaiyyəti də iştirak edib.
     Tədbir iştirakçıları tərəfindən Naftalan şəhər “Xatirə kompleksində” vətən uğrunda həlak olan şəhidlərin xatirəsi yad edilib, gül-çiçək dəstələri qoyulub. 
   9 May-Qələbə Günü münasibətilə şəhər İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilmişdir.

Keçidlər